Paris yaxınlığında naməlum şəxs Qurban bayramı qeyd olunan zala hücum edərək iki nəfəri yaralayıb.
BUTA.TV BFMTV-ə əsasən xəbər verir ki, Bonneuil-sur-Marne vilayətində silahlı şəxs Qurban bayramını qeyd etmək üçün idman zalında toplanan müsəlmanlara hücum edib.
Hadisə zamanı iki nəfər yaralanıb, onlardan biri meriyanın əməkdaşı olduğu bildirilir. Hücum zamanı idman zalında müsəlman icmasının 200-ə yaxın nümayəndəsi olub.
Qeyd edilir ki, hücum edən səhər saatlarında sərxoş halda yaşlı kişiyə hücum edib, diqqət çəkəndən sonra isə müsəlmanların bayram qeyd etdiyi zalda gizlənməyə çalışıb.
Hadisəni törədən şəxs yerindəcə saxlanılıb, onun əməlinin motivləri aydınlaşdırılır.
- Məzahir Pənahov MSK sərdliyində qalası oldu - Siyahı
- Mübahisə düşdü, 2 nəfər qətlə yetirildi
- Mayda 14 gün qeyri-iş günü olacaq
- Leyla Əliyeva ona qolbağını bağışladı
- Bala dair yeni qaydalar hazırlanır
- Amnistiya aktının icrası başa çatdı
- 16 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürdü
- Kür çayındakı vəziyyətlə bağlı rəsmi açıqlama