Beyninə atəş açılan 29 yaşlı kişi sağ qalıb.
BUTA.TV Teleqraf.com-a istinadən xəbər verir ki, Krit adasında yaxın məsafədən vurulan fermer 97% ölüm ehtimalına baxmayaraq ölməyib.
Qeyd edilir ki, güllə fermerə təxminən 10 metr məsafədən dəyib. Yaralı bir saatdan sonra koma vəziyyətində xəstəxanaya çatdırılıb. Güllə iki yerə bölünərək onun beyninin sol yarımkürəsini deşib. Əməliyyat zamanı həkimlər güllə parçalarını çıxarmaq üçün kişinin kəllə sümüyünün fraqmentlərini çıxarmalı olublar.
Hadisədən 2 ildən çox keçməsinə baxmayaraq kişi hələ də mürəkkəb cümlələri başa düşməkdə çətinlik çəkir. O, həmçinin spazmlardan əziyyət çəkir. Ağır travmaya baxmayaraq fermer şüurunu tam itirməyib. O, duyğularını nümayiş etdirə, səslər vasitəsilə ünsiyyət qura bilir.
Qeyd edək ki, başından güllə yarası alan insanların 3%-dən azının sağ qaldığı təxmin edilir. Bunlardan daha az hissəsi normal həyata qayıda bilir.
- Mayda 14 gün qeyri-iş günü olacaq
- Leyla Əliyeva ona qolbağını bağışladı
- Bala dair yeni qaydalar hazırlanır
- Amnistiya aktının icrası başa çatdı
- 16 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürdü
- Kür çayındakı vəziyyətlə bağlı rəsmi açıqlama
- Rusiyanın məşhur bakılısının ölüm səbəbi açıqlandı
- “Hilton”da atəş Trampın xeyrinə oldu - İki mühüm səbəb