Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İsveçrədə keçirilən Ukrayna üzrə sülh sammiti çərçivəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığı, həmçinin ABŞ-nin Ermənistanın müdafiə sənayesinə dəstəyi məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, İsveçrədə Qriqoryan Ukrayna ilə bağlı sammitdə iştirak etsə də, Ermənistan nümayəndə heyəti tədbirin yekun bəyannaməsini dəstəkləməyib.
- Mübahisə düşdü, 2 nəfər qətlə yetirildi
- Mayda 14 gün qeyri-iş günü olacaq
- Leyla Əliyeva ona qolbağını bağışladı
- Bala dair yeni qaydalar hazırlanır
- Amnistiya aktının icrası başa çatdı
- 16 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürdü
- Kür çayındakı vəziyyətlə bağlı rəsmi açıqlama
- Rusiyanın məşhur bakılısının ölüm səbəbi açıqlandı