Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün daha 3 oyun keçiriləcək.
BUTA.TV xəbər verir ki, günün ilk matçı D qrupunda Polşa və Niderland yığmaları arasında olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Digər iki oyun isə C qrupunda reallaşacaq. Danimarka Sloveniyanı, İngiltərə isə Serbiyanı sınağa çəkəcək. Görüşlər müvafiq olaraq, saat 20:00 və 23:00-da başlayacaq.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
- Mübahisə düşdü, 2 nəfər qətlə yetirildi
- Mayda 14 gün qeyri-iş günü olacaq
- Leyla Əliyeva ona qolbağını bağışladı
- Bala dair yeni qaydalar hazırlanır
- Amnistiya aktının icrası başa çatdı
- 16 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürdü
- Kür çayındakı vəziyyətlə bağlı rəsmi açıqlama
- Rusiyanın məşhur bakılısının ölüm səbəbi açıqlandı