İstanbul Böyükşəhər Bələdiyyəsinin apardığı yoxlamalarda şəhərdə dağılma riski daşıyan 1556 bina müəyyən edilib.
BUTA.TV xəbər verir ki, yoxlama tələbi ilə bağlı quruma 160 min müraciət daxil olub və fasiləsiz çalışan mütəxəssislər 35 min tikilidə araşdırma aparıb.
Yoxlama aparılan binalar dayanıqlılığına görə A və B (aşağı risk həddi), C (orta risk həddi), D (yüksək risk həddi) və E (Olduqca yüksək risk həddi) kateqoriyalarına bölünüb.
Belə ki, binaların təxminən 50 faizi D və E kateqoriyasının payına düşüb.
Nəticələrə görə, 1556 bina hətta sözügedən kateqoriyalarda belə yer almayıb.
Qeyd edək ki, ötən gün İstanbulun Küçükçekmece rayonunda yaşayış binasının uçması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.
- Azərbaycanda Göz Bankı açılacaq
- Attestatlarla bağlı mühüm dəyişiklik
- Azərbaycanda bu universitetlər birləşdirilir?
- MİQ üzrə test imtahanı keçiriləcək
- Şagirdlərin 1-ci sinfə elektron qəbuluna başlanılır
- İran “iqlim silahını” məhv etdi, yağış artdı? - Ekoloq
- Sel nəticəsində dağılan evlərin tikintisi həyata keçiriləcək
- Ali Məhkəmə Zaur Baxşəliyevlə bağlı qərar verdi