Mütəxəssislər siqaretin ağız və diş sağlamlığına ciddi təsir etdiyini, siqaret çəkənlərin ağız xərçənginə tutulma riskinin daha yüksək olduğunu bildiriblər.
BUTA.TV xəbər verir ki, türkiyəli professor Semih Özbayrak siqaretin diş əti iltihabını artırdığını və dişi əhatə edən sümüyü əridərək diş itkisinə səbəb olduğunu deyib. Onun sözlərinə görə, az təhlükəli olduğu düşünülən qəlyan və elektron siqaretlər də ağız boşluğunun selikli qişasının rənginin dəyişməsinə, diş daşı əmələ gəlməsinə və ağız qoxusuna səbəb olur.
Professor siqaretin toxuma müqavimətini azaldaraq ağız selikli qişasında xərçəng öncəsi formalaşmalara səbəb ola biləcəyini bildirib: “Xərçəng riski xüsusilə tütün və yüksək konsentrasiyalı spirtdən birlikdə istifadə etməyə davam edənlərdə və 50 yaşdan yuxarı insanlarda 6-15 dəfə artır”.
- Prezident Belarusla bağlı bu qanunu təsdiqlədi
- Prezidentdən ASAN Xidmətlə bağlı fərman
- Prezident bir qrup sahibkarı təltif etdi
- DİN-dən bu reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq - Video
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri...
- Vüsal Aslanov yeni rəis təyin etdi - Foto
- Bakıda dağılan körpü yenidən tikiləcək
- Azərbaycanda Göz Bankı açılacaq