Amerikalı media maqnatı, 93 yaşlı Rupert Merdok rusiyalı iş adamı Roman Abramoviçin keçmiş həyat yoldaşı Yelena Jukovanın 67 yaşlı anası ilə evlənib.
BUTA.TV xəbər verir ki, bu barədə “San” nəşri yazıb.
“93 yaşlı Merdok bir neçə aylıq görüşdən sonra 67 yaşlı təqaüdçü molekulyar bioloq Yelena Jukova ilə evlənib. Cütlük hadisəni Kaliforniyadakı Merdok bağında yaxınlarının iştirakı ilə qeyd ediblər”, - məlumatda bildirilib.
Rupert Merdok 1979-cu ildə “Voll Strit Jurnal”, “Tayms”, “San” və Nyu York Post” qəzetlərinin daxil olduğu “Xəbərlər Korporasiyası” (News Corporation) media holdinqini təsis edib. Bundan əlavə, milyarder “Foks Nyus” televiziya şirkətinə, habelə bir sıra peyk operatorlarına və “Dow Jones” xəbər agentliyinə sahibdir. 2023-cü ilin sentyabrında media Merdokun “Fox and Nyus” korporasiyalarının idarə heyətinin rəhbəri vəzifəsindən istefa verdiyini bildirdi. Onun yerinə oğlu Laklan Merdok keçib.
- Şagirdlərin çantalarının yoxlanılması... - Sədr
- Prezident Belarusla bağlı bu qanunu təsdiqlədi
- Prezidentdən ASAN Xidmətlə bağlı fərman
- Prezident bir qrup sahibkarı təltif etdi
- DİN-dən bu reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq - Video
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri...
- Vüsal Aslanov yeni rəis təyin etdi - Foto
- Bakıda dağılan körpü yenidən tikiləcək