Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyan və İrəvanın Nor Nork inzibati ərazi dairəsinin rəhbəri Tiqran Ter-Marqaryan Ukraynanın Buça şəhərinə səfər edib.
BUTA.TV xəbər verir ki, bu barədə Buça şəhər administrasiyası İnstaqram platformasında məlumat yayıb.
"Erməni qonaqları şəhərin meri Anatoli Fyodoruk və müavini Anlina Saranyuk qarşılayıb. Görüş zamanı Buça ilə Nor Nork arasında əməkdaşlığın qurulması imkanları müzakirə olunub. Ermənistan nümayəndə heyəti Buçadakı tibb müəssisələrinə dərman yardımı edib", - məlumatda deyilir.
Qeyd edək ki, bundan öncə də Ermənistan Ukraynaya dərman göndərmişdi.
- Azərbaycanda universitetdə yanğın
- AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü
- Qanunsuz yerləşdirilən balıq torları yığışdırıldı - Foto
- İlham Əliyev BƏƏ-nin nümayəndə heyətini qəbul etdi
- Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü
- Şagirdlərin çantalarının yoxlanılması... - Sədr
- Prezident Belarusla bağlı bu qanunu təsdiqlədi
- Prezidentdən ASAN Xidmətlə bağlı fərman