Bu hücumu təşkil edən və planlaşdıranlar Türkiyə-Azərbaycan strateji müttəfiqliyinə kölgə salmağa çalışırlar.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu SOCAR-ın İstanbul ofisini təşkil edilən hücumu şərh edərkən deyib.
O bildirib ki, başda Misir olmaqla, bir neçə ərəb dövləti də enerji sahəsində İsraillə sıx əməkdaşlıq edir:
“Ancaq onların adlarını çəkən yoxdur. İsraili idarə edənlər də diqqətli olsunlar. Baş nazir Benyamin Netanyahunun oğlunun paylaşdığı “kürd xəritəsində” Azərbaycana ərazi iddiası var və bu təxribatdır. Netanyahunun oğlunun paylaşdığı təxribatçı xəritə SOCAR-a hücum edənlərə “pas” ötürməsidir. İsrail Xarici İşlər Nazirliyinin bu məsələyə aydınlıq gətirməsinə ehtiyac var”.
Qeyd edək ki, bir qrup şəxs SOCAR-ın İstanbul ofisinə basqın edib. Onlar SOCAR-ın İsrailə neft satmasına etiraz etdiklərini bildiriblər.
- Azərbaycanda universitetdə yanğın
- AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü
- Qanunsuz yerləşdirilən balıq torları yığışdırıldı - Foto
- İlham Əliyev BƏƏ-nin nümayəndə heyətini qəbul etdi
- Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü
- Şagirdlərin çantalarının yoxlanılması... - Sədr
- Prezident Belarusla bağlı bu qanunu təsdiqlədi
- Prezidentdən ASAN Xidmətlə bağlı fərman