Ermənistanın Baş naziri Nikol Paşinyanın doğum günü münasibəti ilə orijinal təbrik Nyu Yorkun Tayms meydanındakı reklam lövhələrindən birində yer alıb.
BUTA.TV xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntü yayılıb.
Böyük ekranda Türkiyə bayrağının fonunda “Doğum gününüz qutlu olsun, Nikol bəy, iyi ki, doğuldunuz, neçə belə illərə” təbrikindən sonra kiçik ölçülü, ürək şəkilli Türkiyə bayraqlarının müşayiəti ilə Nikol Paşinyanın fotosu görünüb.
Qeyd edək ki, 1 iyunda Nikol Paşinyanın 49 yaşı tamam olub.
Bu təbrikin isə ABŞ-ın erməni diasporunun xüsusi mesajı olduğu istisna edilmir.
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
- Azərbaycanda universitetdə yanğın
- AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü
- Qanunsuz yerləşdirilən balıq torları yığışdırıldı - Foto
- İlham Əliyev BƏƏ-nin nümayəndə heyətini qəbul etdi
- Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü
- Şagirdlərin çantalarının yoxlanılması... - Sədr
- Prezident Belarusla bağlı bu qanunu təsdiqlədi