Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinə yeni rəis müavini təyin edilib.
BUTA.TV Qaynarinfo-ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Elsəvər Quliyev xidmətin şəxsi heyət üzrə rəis müavini təyin edilib.
Uzun müddət Kəmaləddin Heydərovun mühafizəsinin təşkilində çalışan Elsəvər Quliyev bundan əvvəl Xüsusi Riskli Xilasetmə Xidmətində rəis müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Elsəvər Quliyev 1981-ci ilin 19 iyununda Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çeşməbasar kəndində anadan olub. Bakı Dövlət Universitetini bitirib.
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
- Azərbaycanda universitetdə yanğın
- AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü
- Qanunsuz yerləşdirilən balıq torları yığışdırıldı - Foto
- İlham Əliyev BƏƏ-nin nümayəndə heyətini qəbul etdi
- Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü
- Şagirdlərin çantalarının yoxlanılması... - Sədr
- Prezident Belarusla bağlı bu qanunu təsdiqlədi