Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almatıda Türk Dövlətləri Təşkilatı Prezidentlərinin Diplomatik Müşavirlərinin/Köməkçilərinin 2-ci Toplantısında iştirak edib.
BUTA.TV xəbər verir ki, bu barədə Hikmət Hacıyev X platformasında bildirib.
“Biz təşkilat çərçivəsində tərəfdaşlığımızı və əməkdaşlığımızı nəzərdən keçirdik və qarşıdan gələn qeyri-rəsmi Şuşa Sammitinin gündəliyini, həmçinin Azərbaycanda keçiriləcək COP29 çərçivəsində birgə fəaliyyətlərimizi və təşəbbüslərimizi müzakirə etdik. Eyni zamanda, Türk Dövlətləri Təşkilatının gələcək institusional inkişafını da. Prezident İlham Əliyevin vurğuladığı kimi, Türk Dünyası bizim ailəmizdir!” - deyə Hicmət Hacıyev qeyd edib.
- Ərəb ölkələri fövqəladə iclas keçirəcək
- Anar Əliyev Türkiyədə Bacarıqlar Sammitində iştirak etdi
- Abşeronda Zərifə Əliyevanın 103 illiyi qeyd edildi
- AAYDA-dan işdən çıxarılan rəis bu məmurun oğlu imiş - Foto
- Saleh Məmmədovun yaxın qohumları işdən azad edildi
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
- Azərbaycanda universitetdə yanğın
- AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü