Xəbər verdiyimiz kimi, Niderlandda fəaliyyət göstərən Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkının bu gün saat 15.00-da Haaqa şəhər Ağır Cəza Məhkəməsində növbəti məhkəməsi keçiriləcək.
BUTA.TV xəbər verir ki, məsələ barədə Teleqraf.com-a danışan İlhan Aşkın deyib ki, hər şey 2014-ci ildə qondarma soyqırım abidəsinin olduğu Almelo şəhərindəki proseslə başlayıb.
“10 ildir ki, ermənilər məni məhkəməyə vermək üçün yazılarım, fikirlərimdən ibarət 160 səhifəlik material toplayıblar. Onlar güclü və hərtərəfli işləyirlər. Təəssüf ki, bizdə güc birliyi yoxdur. Ermənilərin mənimlə bağlı istədiyi tək şey var: Niderlandda aktiv olan təşkilatın, sözünü deyən insanın bir an öncə ortadan qaldırılması və səsinin kəsilməsi. Ötən il Niderlandda Lahey məhkəməsi mənimlə bağlı qərar verəndə Türkiyədə idim. Bunlar mən olmadan məhkəmə qurdular. İstəsəydilər, mənimlə əlaqə saxlaya bilərdilər. Ermənilərin təsiri altında tələm-tələsik məhkəmə keçirdilər və mənə 2 ay həbs və 1000 avro pul cəzası verdilər. Əlbəttə ki, bu, tamamilə haqsız qərar idi. Biz onlara etirazımızı bildirdik. Həmin məhkəmə iclasının davamı olaraq apellyasiya şikayəti verdik və bu gün yerli vaxtla saat 15:00-da məhkəmə keçiriləcək”.
İlhan Aşkın haqq-ədalətin yerini tapacağına inandığını vurğulayıb:
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
“Azadlığımız, torpaqlarımızın geri qaytarılması necə gerçəkləşdisə, ümid edirəm ki, burada da eyni hal yaşanacaq. İlhan Aşkını bəlkə sındıra və ya üzə bilərlər. Amma ədalət hər zaman öz sözünü deyəcək. Biz hər zaman Azərbaycanımızın haqlı sözünü demişik”.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm