Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi direktor müavininin məktəbin mühafizəçisini öldürməsi məsələsinə münasibət bildirib.
BUTA.TV xəbər verir ki, agentliyin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında həmin şəxsin məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmadığını bildirib.
“Düşünürəm bu məsələdə hələ tələsməyək, hüquq-mühafizə orqanlarının araşdırmasının yekun nəticəsini gözləyək. Bu şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunub. Ümid edirəm ki, ədalətli qərar olacaq”, - E.Bağırov əlavə edib.
Qeyd edək ki, Müsavat Partiyasının fəalı Natiq Mehdi qətlə yetirilib. Baş Prokurorluq və DİN-in birgə yaydığı məlumata əsasən, onun iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində öldürməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən Elsevər İslamov Xətai rayonunda yerləşən 55 nömrəli məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) olub.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm