Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk millətçilərinin lideri Dövlət Baxçalının dövlət çevrilişinə cəhd ehtimalı ilə bağlı bəyanatından sonra Türkiyə xüsusi xidmət orqanlarının rəhbərliyi ilə təcili görüş keçirib. Xatırladım ki, 2016-cı ildə Türkiyədə genişmiqyaslı dövlət çevrilişinə cəhd olub.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Onlar Prezident Ərdoğanı öldürməyə cəhd ediblər. Türkiyə hakimiyyəti bütün bu müddət ərzində ABŞ-da olan Fətullah Gülləni dövlət çevrilişinə cəhddə ittiham edib. Çevrilişin arxasında duran əsas qüvvə ABŞ-da təlim keçmiş Türkiyə hərbçiləri idi. Bundan sonra ABŞ və AB mediası faktiki olaraq çevriliş cəhdini dəstəklədi. O zaman Rusiya Türkiyə Prezidenti Ərdoğanın həyatını xilas edə biləcək məlumatlar verməklə Ankaranı dəstəklədi”, - o bildirib.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm