Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli 324-340 ünvanında söküntüyə hazırlıq işləri başlayıb.
BUTA.TV xəbər verir ki, artıq daş hasarın üzərinə dəmir dirəklər qaynaqlanıb və kardon lövhələrlə çəpərlənəcəyi gözlənilir.
Hazırlığın məqsədi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komissiyasının mətbuat ximətindən redaksiyamıza bildirildi ki, sözügedən ünvanda yeni tikinti barədə Komitəyə heç bir məlumat daxil olmayıb.
Binəqədi Rayon İcra Hakimiyyətindən verilən açıqlamada da qeyd edilir ki, orada hansı işlərin görüldüyündən xəbərsizdirlər.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm