Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
BUTA.TV xəbər verir ki, toplantı 4 saatdan artıq çəkib. Aparılan müzakirələrdən sonra İcraiyyə Komitəsi Azərbaycan Premyer Liqasında komanda sayının artırılmaması barədə qərar qəbul edib.
Bu barədə jurnalistlərə AFFA-nın prezidenti Rövşən Nəcəf məlumat verib. O bildirib ki, klub sayı gələcəkdə artırılacaq.
Beləliklə, 2024/2025 mövsümündə də Azərbaycan Premyer Liqasında 10 komanda mübarizə aparacaq.
Bu isə o deməkdir ki, Premyer Liqada sonuncu yeri tutan “Qəbələ” yeni mövsümdən I Liqada mübarizə aparacaq.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm