Yunanıstanın Baş naziri Kriakos Miçotakis Türkiyədə səfərdədir.
BUTA.TV xəbər verir ki, bu barədə “Star” məlumat yayıb.
Qeyd olunub ki, onun təyyarəsi Ankarada “Esenboğa” hava limanına enib.
Baş naziri Türkiyənin xarici işlər naziri Hakan Fidan, Ankara valisinin köməkçisi Muratd Soylu və digər rəsmi şəxslər qarşılayıblar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan K.Miçotakisi Prezident iqamətgahında qəbul edəcək.
Tərəflər ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.
Liderlərin görüşündən sonra birgə mətbuat konfransı keçiriləcək.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm