May ayının 11-də saat 23 radələrində Ağcabədi rayonunda 1984-cü il təvəllüdlü Rauf Azər oğlu Həsənovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
BUTA.TV xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Tural Əhmədov saxlanılıb.
İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm