Klubların dünya reytinqindəki ən yaxşı Azərbaycan təmsilçisi “Qarabağ”ın siyahıda keçdiyi komandalar bəlli olub.
BUTA.TV xəbər verir ki, İFFHS-in cədvəlində 48-ci pillədə qalan Ağdam klubu 7 komandanı arxada qoyub.
Qurban Qurbanovun yetirmələri “Boka Xuniors”, “LDU Kito”, PAOK, “Frayburq”, “Braqa”, “Sparta” və “Atletiko Nasyonal”ı keçib. Amma “Qarabağ” irəliləyə bilməyib.
Buna eyni sayda komandanın Azərbaycan çempionunu arxada qoyması səbəb olub. “Brügge”, “Atletiko Mineyro”, “Atletiko Paranaense”, “Korintians”, “İndependente Medelyin”, “River Pleyt” və Zaqreb “Dinamo”su təmsilçimizi keçə bilib.
Qeyd edək ki, “Qarabağ”ın hesabında 183 xal var.
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis