İnternet televiziya kanallarının birində Laçın rayon sakini Yusif İsmayılovun polis əməkdaşları tərəfindən Xocalı rayon ərazisinə girişinin məhdudlaşdırılması ilə bağlı iddiaları yayılıb.
BUTA.TV xəbər verir ki, bununla bağlı DİN-in Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.
Bildirilib ki, Y.İsmayılovun oğlu Rəhim İsmayılovun işğaldan azad olunan əraziyə daxil olmasının məhdudlaşdırılması onun qanunsuz hərəkətləri ilə bağlıdır.
İnşaat şirkətlərindən birində sürücü işləyən şəxsin idarə etdiyi nəqliyyat vasitəsi cari ilin fevralın 12-də Əsgəran qəsəbəsində yoxlanılarkən avtomobildə oğurlanan bir sıra ehtiyat hissələri və maqnitafon aşkarlanıb. Həmin əşyalar ondan götürülərək aidiyyəti üzrə təhvil verilib. Törətdiyi əmələ görə sürücü R.İsmayılov və idarə etdiyi nəqliyyat vasitəsi ərazidən kənarlaşdırılmaqla, onun işğaldan azad edilmiş ərazilərə giriş-çıxışı ləğv edilib və barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.
Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, Y.İsmayılovun iddiaları əsassızdır, həqiqəti əks etdirmir.
- Sabahdan dəfn pulunu almaq asanlaşdırılır
- ADY Baş Ələt stansiyasında yolları yeniləyir - Video
- Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı - Video
- Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video