Rusiyanın keçmiş milyarderlərindən biri olmuş “AST Telman” kimi tanınan Telman İsmayılova yeni cinayət işi açılıb.
Gununsesi.info-nun Rusiya mediasına istinadən verdiyi xəbərə görə, iş adamı bir sıra qətillərin iştirakında şübhəli bilinir. Bildirilir ki, Rusiyanın keçmiş Cerkizovski bazarının sahibi Telman İsmayılovun cinayət işində yeni epizodlar ortaya çıxıb.
İddia olunur ki, Telman İsmayılov Cerkizovski bazarına nəzarəti ələ keçirmək, bazarı genişləndirmək və mənfəətini artırmaq məqsədilə bir sıra qətldə iştirak edib.
Bundan əvvəl müğənni Avram Russonu döyməsinə, habelə sahibkarlar Vladimir Savkin, Yuli Brelyevin sifarişlə qətlinə görə qiyabi ittiham irəli sürülən Telman İsmayılov beynəlxalq axtarışa verilib.
Qeyd edək ki, Telman İsmayılov Rusiyanın sifarişi ilə Monteneqroda həbs edilsə də onu ekstradisiya etməkdən imtina ediblər.
- Sabahdan dəfn pulunu almaq asanlaşdırılır
- ADY Baş Ələt stansiyasında yolları yeniləyir - Video
- Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı - Video
- Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video