Qərb tərəfdaşlarının göstərdiyi hərbi və maliyyə yardımı Ukraynanın müharibədən sağ çıxması üçün həlledici olsa da, qələbə üçün kifayət etmədi.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Hər kəs gülür, qucaqlayır və deyir ki, sən dözümlüsən, güclüsən, azad dünyanın liderisən, demokratiyamızı xilas edirsən. Əgər Ukrayna xalqının belə prezidenti olmasaydı, biz Avropanın yarısını itirəcəkdik, daha sonra Rusiya ABŞ-a hücum edəcəkdi. Biz nəyimiz varsa, hamısını sizə verməliyik. Daha sonra dayandılar. Nankor olmaq istəmirəm. Çünki qərbli tərəfdaşlarımız Ukraynaya çox böyük kömək etdilər, bu kömək olmasaydı ölkəmiz sağ qala bilməyəcəkdi. Onlar bizə ayaq üstə dayanmağa kömək etdilər. Fikrimcə, qələbə qazanmağımız üçün daha çox kömək edə bilərdilər”, - Zelenski bildirib.
- "Azercell" “Minlərlə ilmə, bir güc” xalçasını təqdim edib
- WUF13 zamanı yollarda postlar qurulacaq?
- WUF13 zamanı bu, qayda pozuntusu hesab olunacaq
- WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?
- "Qarpız" yükündən 31 kq narkotik çıxdı - Foto
- Azərbaycanda 20 yaşlı tələbə futbol oynayarkən öldü - Foto
- Nazir Bərdənin rəisini Şəmkirə göndərdi
- Türkiyədə təlimdə atış çalışmaları icra edildi - Video