İranlı hərbi müşavirlərin antiterror fəaliyyətləri ikiqat güclə davam edəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
“İranın hərbi müşavirlərinin terrorizmlə mübarizədə və regionun təhlükəsizliyinin təmin edilməsində fəaliyyəti güclənəcək”, - nazir özünün X səhifəsində İsrailin Suriyaya endirdiyi zərbə nəticəsində beş iranlı hərbi məsləhətçinin həlak olmasını şərh edərkən yazıb.
İranın xarici işlər naziri İsrailin terrorçu hərəkatların əsas dəstəkçisi və regional təhlükəsizliyin əsas düşməni olduğunu qeyd edib.
Qeyd edək ki, yanvarın 20-də İsrailin Dəməşqdə SEPAH müşavirlərinin qərargah kimi istifadə etdiyi dördmərtəbəli binaya endirdiyi zərbə nəticəsində 5 iranlı hərbi müşavir və suriyalı bir neçə əsgər ölüb.
- "Azercell" “Minlərlə ilmə, bir güc” xalçasını təqdim edib
- WUF13 zamanı yollarda postlar qurulacaq?
- WUF13 zamanı bu, qayda pozuntusu hesab olunacaq
- WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?
- "Qarpız" yükündən 31 kq narkotik çıxdı - Foto
- Azərbaycanda 20 yaşlı tələbə futbol oynayarkən öldü - Foto
- Nazir Bərdənin rəisini Şəmkirə göndərdi
- Türkiyədə təlimdə atış çalışmaları icra edildi - Video