Almaniyanın paytaxtı Berlin şəhərində azərbaycanlı gənc vəhşicəsinə qətlə yetirilib.
BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, əslən Mingəçevirdən olan Əhliman adlı şəxsi dörd nəfər Moldova vətəndaşı döyüb, ağır xəsarətlər yetirib.
Məlumata görə, hadisə restoranların birində baş verib. Moldovalılar restoranda istirahət edən Türkiyə vətəndaşına rusca ağır söyüşlər söyüblər. Əhliman rusca bildiyindən məsələyə müdaxilə edib və təhqirləri dayandırmağı tələb edib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Hadisə şahidlərinin sözlərinə görə, dörd nəfər əlbəyaxa onu döyə bilməyib, sonradan dəmir parçasıyla başına arxadan zərbələr endiriblər. Həmyerlimiz xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən şəxslərdən ikisinin saxlanıldığı bildirilir.
Hazırda Əhlimanın nəşinin Azərbaycana göndərilməsilə bağlı işlər aparılır.
- "Azercell" “Minlərlə ilmə, bir güc” xalçasını təqdim edib
- WUF13 zamanı yollarda postlar qurulacaq?
- WUF13 zamanı bu, qayda pozuntusu hesab olunacaq
- WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?
- "Qarpız" yükündən 31 kq narkotik çıxdı - Foto
- Azərbaycanda 20 yaşlı tələbə futbol oynayarkən öldü - Foto
- Nazir Bərdənin rəisini Şəmkirə göndərdi
- Türkiyədə təlimdə atış çalışmaları icra edildi - Video