Xəbər verdiyimiz kimi, Bakıda istintaq altında saxlanılan Qarabağ separatçılarının liderlərinin yeni görüntüləri yayılıb.
BUTA.TV xəbər verir ki, görüntülərdə qondarma "respublika"nın sabiq "prezidentləri" Arayik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan sepataçılar yer alıb. Fotolardan separatçı liderlərin öz hallarından məmnun olduqları aşkar görünür.
Qeyd edək ki, məlum görüntülər sosial şəbəkələrin Azərbaycan seqmetində olduğu qədər erməni seqmetində də müzakirələrə səbəb olub. Yüzlərlə erməni sosial şəbəkə iştirakçısı həmin şəkilləri paylaşaraq, öz münasibətlərini ifadə ediblər.
Yazılan şərhlərdən aydın olur ki, Bakıda çəkilən görüntülər erməniləri sözün həqiqi mənasında dəli edib. Onlar separatçı liderlərin ünvanına nalayiq ifadələr işlətməkdən çəkinməyiblər. Ermənilər ən çox bu sualı verirlər: "Görəsən, Arayik niyə bu qədər xoşbəxtdir?"
Erməni sosial şəbəkə iştirakçıları Arayik, Saakyan və Qukasyanı "satqın" "ikiüzlü", "qorxaq", "yaltaq", "yala hürən erməni" kimi epitətlərlə "bəzəməkdən" sanki zövq alırlar. Bəzi şovinist ermənilər isə daha da irəli gedərək onları "fahişədən doğulmuş məxluq" adlandırıblar.
"Bu satqınlar tezliklə Azərbaycanın fəxri vətəndaşı olacaqlar" məzmunlu şərhlərə də rast gəlmək mümkündür.
- "Azercell" “Minlərlə ilmə, bir güc” xalçasını təqdim edib
- WUF13 zamanı yollarda postlar qurulacaq?
- WUF13 zamanı bu, qayda pozuntusu hesab olunacaq
- WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?
- "Qarpız" yükündən 31 kq narkotik çıxdı - Foto
- Azərbaycanda 20 yaşlı tələbə futbol oynayarkən öldü - Foto
- Nazir Bərdənin rəisini Şəmkirə göndərdi
- Türkiyədə təlimdə atış çalışmaları icra edildi - Video