Almaniyada Almaniya üçün Alternativ Partiyasına qarşı kütləvi etirazlar keçirilir.
BUTA.TV xəbər verir ki, bu barədə "DPA" məlumat yayıb.
Məlumata görə, Frankfurt-Mayndə keçirilən etirazlarda 35 minə yaxın insan iştirak edib:
"Limburqda 2800, Hannoverdə isə 35 minə yaxın insan etiraz aksiyasına çıxıb. Bu gün ölkənin 100 yerində etiraz aksiyaları keçirilib, bazar günü isə Berlin, Köln və Münhendə nümayişlər keçiriləcək",- məlumatda deyilir.
Qeyd edək ki, aksiyalara səbəb sözügedən partiya ətrafında yaranan qalmaqal olub.
Jurnalistlər öyrəniblər ki, partiya üzvləri Almaniyadan qaçqın və əcnəbilərin çıxarılması planlarını neonasistlər və sağçı radikallarla gizli müzakirə ediblər.
- "Azercell" “Minlərlə ilmə, bir güc” xalçasını təqdim edib
- WUF13 zamanı yollarda postlar qurulacaq?
- WUF13 zamanı bu, qayda pozuntusu hesab olunacaq
- WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?
- "Qarpız" yükündən 31 kq narkotik çıxdı - Foto
- Azərbaycanda 20 yaşlı tələbə futbol oynayarkən öldü - Foto
- Nazir Bərdənin rəisini Şəmkirə göndərdi
- Türkiyədə təlimdə atış çalışmaları icra edildi - Video