Fransa öz vətəndaşlarına Ukraynada döyüşməyə qadağa qoya bilməz.
BUTA.TV xəbər verir ki, bu sözləri Fransanın müdafiə naziri Sebastyan Lekornu LCI telekanalına müsahibəsində bildirib.
"Ukrayna hərbi geyimində döyüşməyə gedən fransız mülki şəxslər var. Biz onlara qadağa qoya bilmərik, biz hələ də demokratik ölkəyik. Bu insanların Fransa ordusu ilə heç bir əlaqəsi yoxdur, fransız hərbi forması geyinmirlər", - nazir bildirib.
Qeyd edək ki, ötən gün Rusiya ordusunun Xarkovda əcnəbi döyüşçülərin müvəqqəti yerləşdirilmə məntəqəsinə endirdiyi zərbə nəticəsində bir qrup fransız muzdlusunun ölümündən sonra Fransa səfiri Rusiya XİN-ə çağırılmışdı.
- Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
- Qohumunun mağazasını soydu
- İlk dəfə: Aviabiletlər "DigiTravel"lə ABB mobile tətbiqində alınır!
- Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi
- Cabir ölümünü hiss edirdi - Qardaşı
- WUF13 zamanı bu, qayda pozuntusu hesab olunacaq
- WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?
- "Qarpız" yükündən 31 kq narkotik çıxdı - FOTO