Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət başçılarının 19-cu Zirvə Toplantısında iştirakı çərçivəsində Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto ilə görüşüb.
Xarici İşlər Nazirliyindən BUTA.TV-a bildirilib ki, görüş zamanı Azərbaycan və Venesuela arasında humanitar, mədəniyyət və digər sahələrdə əməkdaşlıq gündəliyi, habelə ikitərəfli və çoxtərəfli müstəvilərdə təmaslar müzakirə edilib.
Azərbaycan Respublikası və Venesuela Bolivar Respublikası arasında aktiv ikitərəfli əməkdaşlıq gündəliyindən söz açan nazirlər, iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil, turizm və s. əməkdaşlıq imkanlarının genişlənməsi persperktivlərinin mövcudluğunu vurğulayıblar.
Görüş zamanı, həmçinin Azərbaycan və Venesuela arasında münasibətlər üçün ölkələrin xarici siyasət qurumları arasında keçirilən siyasi məsləhətləşmələrin vacibliyi qeyd edilib, növbəti siyasi məsləhətləşmələr haqqında fikir mübadiləsi aparılıb.
Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər də müzakirə edilib.
- Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
- Qohumunun mağazasını soydu
- İlk dəfə: Aviabiletlər "DigiTravel"lə ABB mobile tətbiqində alınır!
- Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi
- Cabir ölümünü hiss edirdi - Qardaşı
- WUF13 zamanı bu, qayda pozuntusu hesab olunacaq
- WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?
- "Qarpız" yükündən 31 kq narkotik çıxdı - FOTO