Son dörd ilin statistikası göstərir ki, Ermənistan silahlı qüvvələrində qeyri-döyüş şəraitində ölüm halları artıb.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Ombudsman ofisinin hərbi qulluqçuların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış bölməsinin rəhbəri Andranik Yeqoyan deyib.
Onun sözlərinə görə, 2018-ci ildə 63, 2019-cu ildə 49, 2020-ci ildə 54, 2021-ci ildə 58, 2022-ci ildə 64 hadisə qeydə alınıb:
"Özünə xəsarət yetirmə ilə bağlı da vəziyyət eynidir. 2020-ci ildə onların sayı 65, 2021-ci ildə 77, 2022-ci ildə 108 olub".
Qeyd edək ki, Ermənistanda ictimai təşkilatların məlumatına görə, 2023-cü ildə 83 hərbi qulluqçunun ölüm faktı qeydə alınıb.
- İlham Əliyev bu sərgilərlə tanış oldu
- HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi
- Bu nazirlikdə struktur dəyişikliyi edildi
- AAYDA-nın 3 qurumu ləğv olundu
- Dini ekstremist materiallar yayan şəxsə hökm oxundu
- Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
- Qohumunun mağazasını soydu
- Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi