Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafayev Bakıda işgüzar səfərdə olan Türkiyə milli müdafiə nazirinin müavini Cəlal Sami Tüfəkçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
BUTA.TV xəbər verir ki, V.Mustafayev qardaş ölkənin nümayəndə heyətini Azərbaycanda görməkdən məmnunluğunu ifadə edərək, bu işgüzar səfərin iki ölkə arasında əlaqələrin daha da inkişafına önəmli töhfə verəcəyinə əminliyini bildirib.
O, Prezident İlham Əliyevin müdafiə sənayesi sahəsinə göstərdiyi xüsusi diqqəti qonaqların nəzərinə çatdırıb. V.Mustafayev dövlətlərimiz arasında bir çox istiqamətlərdə olduğu kimi, hərbi-texniki sahədə də sıx əməkdaşlıq əlaqələrinin mövcudluğundan və bu əlaqələrin gələcək inkişaf perspektivlərindən bəhs edib.
Görüş zamanı Türkiyənin müdafiə sənayesi şirkətləri ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlıqların daha da inkişaf etdiriləcəyi vurğulanıb.
Səmimi qəbula görə minnətdarlığını ifadə edən C.S.Tüfəkçi öz növbəsində V.Mustafayevi müdafiə sənayesi naziri təyin olunması münasibətilə təbrik edib və ona xidməti fəaliyyətində uğurlar arzulayıb.
Nazir müavini qardaş ölkə olaraq Azərbaycanın müdafiə sənayesi sahəsinin daha da inkişafı üçün lazım olan dəstəyi əsirgəməyəcəklərini diqqətə çatdırıb.
Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.
- Bakıda 97 yaşlı qadının meyiti tapıldı
- Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir?
- Onların övladlarının təhsil haqqını dövlət ödəyəcək
- İlham Əliyev onu rektor təyin etdi
- Sumqayıtda ev yandı: Ana və qızı...
- İdman zalında mənşəyi bilinməyən idman qidaları aşkarlandı - Foto
- İlham Əliyev bu sərgilərlə tanış oldu
- HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi