Şərqi Azərbaycan əyalətinin Sərab mahalının "Şirmərdan" yüksəkliklərində 3 azərbaycanlı alpinist itkin düşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Sərabın Qızıl Aypara Cəmiyyətinin başçısı Həmid Münəccim məlumat yayıb.
O, alpinistlərin yanvarın 15-də itkin düşdüklərini, Sərab və Təbrizdən olan alpinist və xilasetmə qruplarının onların axtarışına cəlb olunduqlarını bildirib.
Güclü qar yağması və çovğun səbəbindən axtarış işlərinin istənilən səviyyədə aparılmadığı da qeyd edilib.
- Bakıda 97 yaşlı qadının meyiti tapıldı
- Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir?
- Onların övladlarının təhsil haqqını dövlət ödəyəcək
- İlham Əliyev onu rektor təyin etdi
- Sumqayıtda ev yandı: Ana və qızı...
- İdman zalında mənşəyi bilinməyən idman qidaları aşkarlandı - Foto
- İlham Əliyev bu sərgilərlə tanış oldu
- HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi