Yanvarın 1-də Uolter Rid Milli Tibb Mərkəzinə yerləşdirilən ABŞ-ın müdafiə naziri Lloyd Ostin xəstəxanadan buraxılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin bəyanatında bildirilib.
"Nazir hələ də müalicə alır və həkimlərinin göstərişi ilə Pentaqona qayıdana qədər öz vəzifələrini bir müddət uzaqdan yerinə yetirəcək", - bəyanatda vurğulanıb.
Pentaqon Ostinin təhlükəsiz rabitə kanallarına tam çıxışı olduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın müdafiə naziri prostat xərçəngi diaqnozundan müalicə alır.
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...
- Bakıda başçının köməkçisi öldü - Foto
- Gənc müəllim Cəbrayılda görülən işlərdən yazdı - Foto
- Sumqayıtda maşın yolu çökdü