Türkiyənin “Antalyaspor” klubunda çıxış edən israilli futbolçu Sagiv Jehezkel polis tərəfindən saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Antalya Baş Prokurorluğu tərəfindən israilli futbolçuya qarşı "ictimaiyyəti açıq şəkildə nifrət və düşmənçiliyə sövq etmək" ittihamı ilə istintaq başladılıb.
Buna səbəb onun vurduğu qolu 7 oktyabrda HƏMAS-ın hücumları nəticəsində əsir düşən israillilərə həsr etməsidir. Jehezkel qoldan sonra qolundakı sarğıya yazdığı “100 days. 7. 10” yazısını nümayiş etmirmişdi.
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...
- Bakıda başçının köməkçisi öldü - Foto
- Gənc müəllim Cəbrayılda görülən işlərdən yazdı - Foto