Futbol üzrə Türkiyə Super Liqasında XX tura start verilib.
BUTA.TV xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma keçirilib.
Turun maraqlı matçlarından biri İstanbulda baş tutub. "Beşiktaş" doğma meydanda “Fatih Karagümrük”lə qarşılaşıb. Görüş "qara-qartallar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Beşiktaş"ın heyətində qolları Semih Kılıçsoy, Milot Raşitsa və Gedson Fernandeş vurub.
Günün digər oyunlarında "Ankaragücü" "Kasımpaşa"nı 3:1, "Başakşəhər" "Alanyaspor"u 3:2, "Rizəspor" "Adana Dəmirspor"u 1:0 hesabı ilə məğlub edib. Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" isə doğma meydanda "Pendikspor"la 1:1 hesablı heç-heçə edib.
Turnir cədvəlinə 50 xalla "Fənərbağça" başçılıq edir. "Qalatasaray" 48 xalla 2-ci pillədədir. "Trabzonspor" 36 xalla 3-cü, "Beşiktaş" isə 35 xalla 4-cü yerdədir.
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...
- Bakıda başçının köməkçisi öldü - Foto