Azərbaycan Rusiyaya yumurtanın növbəti partiyasını tədarük edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.
Məlumata görə, yük daxil olduqdan sonra ərzaq məhsullarının keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün müvəqqəti saxlama anbarında nümunə götürülüb.
Bu dəfə Rusiyaya həcmi 18,63 ton olmaqla 306 min ədəd yumurta göndərilib. Ümumilikdə Azərbaycandan Rusiyaya 1,8 milyon ədəd yumurta idxal edilib.
Qeyd edək ki, Azərbaycandan yumurtanın 36 ton (612 min ədəd) həcmində ilk tədarükü dekabrın 19-da baş tutub. Yumurta ixracı barədə qərar 2023-cü ilin noyabrında "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvert və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli arasında aparılan danışıqların nəticələrinə əsasən qəbul edilib.
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...
- Bakıda başçının köməkçisi öldü - Foto