ABŞ və İngiltərənin Yəmənə təcavüzünün heç bir əsası yoxdur və Səna Qəzzanın məzlum xalqına dəstək və cinayətlərlə mübarizə üçün rejimin gəmilərinə hücumu dayandırmayacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri Yəmən husilərinin sözçüsü Məhəmməd Əbdülsəlam söyləyib.
O bildirib ki, şəraitdən asılı olmayaraq, ölkəsinin Qəzzaya dəstək mövqeyi sabitdir və dəyişməyəcək, İsrailin bunun əksini düşünməsi yanlışdır:
“ABŞ və İngiltərənin Yəmənə son hücumu əsassızdır. Yəmən qüvvələrinin Qırmızı dənizdəki hərbi əməliyyatları sadəcə İsrail gəmiləri və işğal olunmuş Fələstinin limanlarını hədəf alır və bunu davam etdirəcəyik. Qırmızı dəniz və Ərəb dənizində beynəlxalq gəmiçilik üçün heç bir təhlükə olmayıb və yoxdur”.
Yəmənin xarici işlər nazirinin müavini Hüseyn əl-Əzi də Qırmızı dənizdə ABŞ və Britaniya hərbi obyektlərini və bazalarını hədəfə aldıqlarını deyib:
“Ölkəmiz Amerika və Britaniya hərbi gəmiləri, sualtı qayıqları və hərbi təyyarələri tərəfindən geniş hücuma məruz qalıb və şübhəsiz ki, Amerika və Britaniya böyük bədəl ödəməyə və bu açıq təcavüzün bütün ağır nəticələrini çəkməyə hazır olmalıdır”.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...