Qırmızı dənizdə hərəkət edən gəmilərin ekipaj heyətləri husi hücumlarından yayınmaq üçün unikal üsul tapıblar.
BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Bildirilir ki, ekipaj heyət üzvlərinin çinlilərdən ibarət olması barədə siqnal ötürür və beləliklə, hücumdan yayınır.
“Qırmızı dənizdən üzən ən azı 5 gəmi bu üsulla – Çinlə bağlantılarının olduğunu bildirərək hücumlardan yayınıb. Bu, Qırmızı dənizdə husi yaraqlılarının hücumlarından qaçmaq üçün atılan son qeyri-adi addımdır”, - deyə qeyd edilib.
Xatırladaq ki, İsrailin Qəzzada hərbi əməliyyata başlamasından sonra Yəməndəki husi üsyançıları qisas məqsədilə Qırmızı dənizdə müxtəlif təyinatlı gəmilərə hücumlar etməyə başlayıb.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...