Aygün Bəylər və Nigar Camalın ifası dörd il sonra trend olub.
Kult.az Oxu.az-a istinadən xəbər verir ki, mərhum əməkdar artist Aygün Bəylər və “Avroviziya”nın qalibi Nigar Camalın “Nəfəsim, qəlbim” mahnısı 2019-cu ildə işıq üzü görüb.
Sənətçilərin dueti 4 il sonra yenidən diqqət çəkib. Buna səbəb isə Aygün Bəylər dünyasını dəyişəndən sonra Nigarın efirdə mahnını tək ifa edərkən ağladığı anların viral olması zəmin yaradıb.
Yutubda 1,5 milyon baxışı olan mahnı üç gündə 400 mindən çox baxış sayı toplayıb. İfa eyni zamanda Tiktokda trendə düşüb.
Qeyd edək ki, mahnının sözləri İkram Əliyevə, musiqisi isə Nigar Camala məxsusdur. Sənətçilərin “Şəhidlər” adlı dueti də var.
Xatırladaq ki, Əməkdar artist Aygün Hümmətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərindəki xəstəxanada yanvarın 7-də vəfat edib.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...