Quqlda böyük ixtisar dalğası başladı

16:04 - 11 Yanvar 2024 - GÜNDƏM

 Quqlda böyük ixtisar dalğası başladı

Quql şirkəti yüzlərlə mütəxəssisini ixtisar edəcək.

BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

“Xərcləri azaltmaq məqsədilə rəqəmsal köməkçi, aparat və mühəndislik qruplarında çalışan yüzlərlə işçi ixtisar olunacaq. İxtisara düşən işçilər arasında Quql Assistant səs köməkçinin əməkdaşları üstünlük təşkil edir”, - məlumatda deyilir.

Qeyd edək ki, ötən ilin yanvarında Quql şirkəti 12 min işçisini və ya qlobal işçi qüvvəsinin 6%-dən çoxunu ixtisar etməyi planlaşdırdığını açıqlamışdı.

Bu xəbər hal-hazırda çox oxunur
WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol