ABŞ Ukraynanın Rusiyaya qarşı müharibə planını təkmilləşdirməsini istəyir və gələn həftə İsveçrənin Davos şəhərində Prezident Vladimir Zelenski ilə bu məsələnin qaldırılacağı gözlənilir.
BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, məsələ ilə bağlı ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Zelenski ilə danışacağı gözlənilir:
“ABŞ Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı arasında yaranan fikir ayrılığından narahatdır. Bu da yeni strategiyanın hazırlanması səylərini ləngidir. Ukrayna ordusu indi 2024-cü il üçün planlar hazırlayır və bütün variantlar nəzərdən keçirilir. Kiyevin müttəfiqləri deyirlər ki, mövcud mövqeləri müdafiə etmək və Rusiyanın müdafiə xətlərini daha da yarmaq üçün aydın hərbi strategiyanın hazırlanması çox vacibdir”.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...