Lənkəranda avtomobil ağaca çırpılıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Lənkəran - Boradigah - Masallı yolunun Lənkəran rayonu Vilvan kəndi ərazisində baş verib.
Belə ki, Lənkəran rayon Xarxatan kənd sakini, 1968-ci il təvəllüdlü Natiq İltifat oğlu Məmmədov idarə etdiyi "Mersedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil yol kənarındakı ağaca və elektrik dirəyinə çırpılıb. Ağır bədən xəsarətləri alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...