Yaxın Şərqdə münaqişənin kəskinləşməsi dünyada geosiyasi riskləri artırıb və onun daha da genişlənməsi enerji daşıyıcılarının qiymətlərinin artmasına və qlobal aktivlik və inflyasiya üçün böyük mənfi nəticələrə gətirib çıxara bilər.
BUTA.TV xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilib.
“Yaxın Şərqdə baş verən son münaqişə... geosiyasi riskləri artırıb. Münaqişənin artması enerji qiymətlərinin artmasına gətirib çıxara bilər ki, bu da qlobal aktivliyə və inflyasiyaya böyük təsir göstərə bilər", - hesabatda deyilir.
Qeyd olunur ki, enerji qiymətlərinin artması istehsal və çatdırılma xərclərinə də təsir edəcək və bu da ərzaq və digər malların bahalaşmasına səbəb olacaq.
Dünya Bankı əlavə edib ki, qlobal iqtisadiyyat hələ də son illərin şoklarının - koronavirus pandemiyası, artan inflyasiya və qlobal monetar şərtlərin kəskin sərtləşməsi və s. - uzunmüddətli təsirlərini yaşamaqda davam edir.
Qlobal iqtisadiyyat üçün əlavə risklər sırasına yüksək faiz dərəcələri, davamlı inflyasiya, Çinin zəif artımı, ticarətin parçalanması və iqlim dəyişikliyinin təsirləri səbəbindən maliyyə şərtlərinin pisləşməsi daxildir.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...