2024-cü ildə Ukraynanın yeni ərazi itkiləri ola bilər.
BUTA.TV xəbər verir ki, bu barədə “Taym” jurnalında dərc olunan analizdə bildirilib.
Qeyd edilib ki, Kiyev artıq itirilmiş əraziləri qaytara bilməyəcək.
Avrasiya Qrup (Eurasia Group) analitik agentliyinin rəhbəri olan köşə yazarı Yan Bremerin fikrincə, bu il Ukrayna böhranı son dərəcə çətin və dönüş nöqtəsi olacaq:
“Kiyev hakimiyyəti Rusiya ərazisinə yeni zərbələr vurmaqla böyük hərbi risklərə gedəcək. Bu, Rusiyanın görünməmiş şəkildə cavab verməsinə səbəb olacaq. Münaqişəyə NATO-nun da cəlb olunması mümkündür”.
Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş kəşfiyyatçısı Skott Ritter Ukraynanın Rusiya üçün məqbul şərtlərlə sülh imzalamaması halında ərazisinin daha 30 faizini itirəcəyini açıqlamışdı.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...