Futbol üzrə Türkiyə Super Liqasında XVI turdan təxirə salınmış oyunlara start verilib.
BUTA.TV xəbər verir ki, ilk gündə dörd qarşılaşma baş tutub. Matçların üçündə qonaqlar qələbə qazanıblar. Bir görüşdə isə heç-heçə qeydə alınıb.
Bu mövsüm qeyri-sabit çıxışı ilə diqqət çəkən "Beşiktaş" səfərdə "Çaykur Rizəspor"u 4 cavabsız qolla üstələyib. Qonaqların heyətində Miloş Raşitsa, Semih Kılıçsoy (2) və Cenk Tosun fərqləniblər.
Bu qələbə ilə xallarını 32-yə çatdıran "Beşiktaş" dördüncü pilləyə yüksəlib. 29 xalı olan "Çaykur Rizəspor" isə altıncıdır.
Günün digər oyunlarında "Başakşehir" "Kasımpaşa"nı 3:0, "Alanyaspor" "Pendikspor"u 1:0 hesabı ilə məğlub edib, "Alanyaspor" - "Ankaragücü" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...