AFFA Türkiyə Superkubokunun Azərbaycanda keçirilmə ehtimalı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) ilə AFFA arasında hər hansı bir danışıq aparılmadığı bildirilib.
“AFFA TFF-yə matçın Azərbaycanda keçirilməsi ilə bağlı rəsmi məktub göndərməyib. Türkiyə qardaş ölkədir, Azərbaycanda həmin ölkə futbolunun, klublarının nə qədər azarkeşinin olduğunu, necə sevildiyini bilirik. Lakin bu elə məsələdir ki, hər şey ətraflı, təfərrüatı ilə müzakirə olunmaldır”, - deyə qurumdan bildirilib.
Qeyd edək ki, Türkiyənin “Fotospor” nəşri Azərbaycanın Superkuboka ev sahibliyi etmək üçün TFF-yə məktub göndərdiyini yazıb. Həlledici qarşılaşmada İstanbul nəhəngləri “Qalatasaray”la “Fənərbağça” üz-üzə gəlməlidir.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...