Rusiyanın məşhur MMA idmançısı Aleksandr Emelyanenko islamı qəbul edib.
BUTA.TV xəbər verir ki, bu barədə Vladimir Mineyev və Roman Kopilovun məşqçisi Rəsul Maqomedəliyev məlumat verib. Mütəxəssis bildirib ki, 42 yaşlı rusiyalı artıq Mədinədə olub.
O, Aleksandra alkoqol asılılığını aradan qaldırmağa kimin kömək etdiyini də qeyd etdi:
“İnquş qardaşlarımız onu ayağa qaldırdılar... Və ümid edirəm ki, bir daha buna qayıtmayacaq”.
Aleksandr Emelyanenko keçmiş ProFC Dünya Çempionudur. Döyüş sambosu üzrə dəfələrlə Rusiya və dünya çempionu, Avropa çempionu. Rusiyalı idmançı peşəkar MMA-da 40 döyüş keçirib, 29-da qalib gəlib (20-si nokautla), 10 dəfə uduzub və bir döyüşü heç-heçə başa vurub.
Rusiya mətbuatı xəbər verir ki, 2024-cü ilin əvvəlində idmançının Səudiyyə Ərəbistanında müsəlmanların müqəddəs Mədinə şəhərinə səfər etdiyi məlum olub. Sosial şəbəkələrdə onun ərəbcə Abubakar adını seçdiyi video yayılıb. O özü bu məsələ ilə bağlı ictimaiyyətə açıqlama verməyib.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...