Media sahəsində fəaliyyət tam olaraq yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir. Şuranın və ya heç bir dövlət orqanının yaradıcılıq fəaliyyətinə müdaxilə etmək səlahiyyəti yoxdur. Bu müddəa da fəaliyyətimizin əsasında bir qırmızı xətt kimi keçir.
Bu sözləri BUTA.TV-a açıqlamasında Audiovizual Şura aparatının rəhbəri Fazil Novruzov bildirib.
“Bir sıra proqramlarda xoşagəlməz, cəmiyyətdə böyük qınaq yaradan hallar baş verir. Şura bütün bu halların hamısını araşdırır və hüquqi baxımdan qiymətləndirir, bəzən də yaradıcılıq və redaksiya müstəqilliyinə xələl gətirmədən həmin yayımçılara müvafiq tövsiyələr verir və cəmiyyətin reaksiyasını nəzərə almağı çağırır”, - Fazil Novruzov deyib.
Novruzov qeyd edib ki, audiovizual media sahəsində tənzimləməni və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarətin həyata keçirilməsi məqsədilə Şura tərəfindən audiovizual yayımçıların, proqramlarının mütəmadi monitorinqləri aparılır və hər hansı proqramda qanun pozuntusu aşkarlandığı təqdirdə müvafiq inzibati tənbeh tədbirləri tətbiq edilir.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...