Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonunun Şıxlar kəndi yaxınlığında meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
BUTA.TV FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğın böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində, ilkin məlumata əsasən, meşə ərazisində 800kv.m. sahədə kol-kos və xəzəl yanıb, ağaclar yanğından mühafizə olunub.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...