Döyüş hazırlığı proqramında bütün ixtisas və vəzifələr üzrə dərslər keçirilir. Hərbi vəzifəsi sürücü olan əsgərlər də həmin proqram əsasında keçirilən dərslər və məşğələlərdə iştirak edir.
Bu sözləri BUTA.TV-a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov gənc əsgərlərin sürücü kimi qeyri-peşəkar olması və buna görə də xüsusilə çətin relyef şəraitində tez-tez qəzalar baş verməsi haqda sosial şəbəkələrdə səsləndirilən iddialara cavab olaraq deyib.
A.Eyvazov bildirib ki, gənc əsgərlərə avtomobil və ya hərbi texnika verilmir:
"Ümumiyyətlə avtomobil və ya hərbi texnika yalnız müvafiq döyüş hazırılığı üzrə məşğələlər keçirildikdən sonra əsgərlərə təhkim edilir".
A.Eyvazovun sözlərinə görə, Müdafiə Nazirliyi tərəfindən müxtəlif ixtisaslar, həmçinin sürücü ixtisası üzrə də mütəmadi kurslar təşkil olunur:
"Sürücü ixtisası üzrə "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na qəbul olunmaq üçün müraciət edən vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi həkim komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilən şəxslər qəbul imtahanlarına buraxılır".
A.Eyvazov qeyd edib ki, fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə verən namizədlər kursa qəbul edilir:
"Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və onlar hərbi hissələrdə müvafiq vəzifələrə təyin olunur".
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...